Rusiya NATO məsələsində Çinlə birlik oldu

Pekin Qış Olimpiya Oyunları üçün Çinin paytaxtı Pekinə gedən Rusiya lideri Putin çinli həmkarı Si Cinpin ilə görüşüb.SİA xəbər verir ki, Olimpiya Oyunlarının açılışından əvvəl liderlərin televiziya ilə görüşündə Putin bəyan edib ki, Çin və Rusiya xarici əlaqələrdən tutmuş iqtisadi inkişafa qədər bir çox sahədə bir-birini dəstəkləyir. Rusiyadan Çinə təbii qaz tədarükünün iki ölkə arasında enerji əməkdaşlığını artıracağını bildirən Putin, Moskvanın Pekin ilə əlaqələrini "görünməmiş" adlandırıb. Çində bir araya gələn Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin NATO-nun genişlənməsinə qarşı birgə mövqe nümayiş etdirib. İki ölkə Tayvanı Çinin bir hissəsi kimi gördüklərini bir daha vurğuladılar: “Bizim iki ölkə olaraq münasibətlərimiz dostluq və strateji tərəfdaşlıq ruhu baxımından həqiqətən misilsizdir və ikitərəfli münasibətlər qarşılıqlı inkişafı asanlaşdıran, həmçinin inkişafda bir-birini dəstəkləməyə kömək edən yaxşı münasibətlərin nümunəsidir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə