Fransa hökuməti terrorla mübarizə çərçivəsində dini və islami məzmunlu internet saytları bağlayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir ki, fəallar tərəfindən idarə olunan və İslami dini məzmunlu nəşrləri ilə tanınan “La Voie Droite” adlı internet saytının “milli dəyərlərə” zidd olduğu əsası ilə bağlanacağı bildirilib. İnsan haqları təşkilatları və hüquq müdafiəçiləri bunu demokratik azadlıqların pozulduğu silsilə hadisələrin sonuncusu kimi müəyyən ediblər.

Digər tərəfdən, daxili işlər naziri Gerald Darmanin bu barədə məlumat verib: “Apreldə keçiriləcək prezident seçkilərinə qədər ölkədə bəzi internet saytları bağlanacaq və bəzi qruplarla terrorla mübarizə qanunu çərçivəsində genişləndirilmiş işlər aparılacaq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə