Yaponiya öz vətəndaşlarını təxliyə etməyi planlaşdırır - UKRAYNADAN

Rusiyanın sərhədə qoşun yığmasından sonra Ukraynaya mümkün işğalla bağlı narahatlıqlar artdıqca, Yaponiya hökumətinin Ukraynadakı vətəndaşlarını təxliyə etməyi planlaşdırdığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada səfirlik əməkdaşları da daxil olmaqla təxminən 250 Yaponiya vətəndaşının olduğunu qeyd edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno, hökumətin Ukraynadakı vətəndaşlarını gözlənilməz hallara hazır olmağa çağırdığını açıqlayıb.

Matsuno, “Biz hadisələri yaxından izləməyə və ABŞ və digər müvafiq ölkələrlə əlaqədə lazımi tədbirləri görməyə davam edəcəyik” deyib. Yapon mətbuatının hökumət qaynaqlarına əsaslanaraq verdiyi xəbərə görə, hökumətin mümkün evakuasiya planı üçün hazırlaşdığı qeyd edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə