Peyvənd olunduğum üçün özümü yaxşı hiss edirəm - NAZİR

İsrailin müdafiə naziri Benni Qantsın Covid-19-a tutulduğu bildirilir. Koalisiya hökumətindəki Mavi-Ağ Alyansının lideri Qantz, "tviter" sosial media hesabında Covid-19-a tutulduğunu açıqlayıb. SİA xarici mətbuta istinadən xəbər verir ki, Qantz paylaşımında, "Covid-19 üçün testim müsbət çıxıb. Peyvənd olunduğum üçün özümü yaxşı hiss edirəm. Bir müddət evdən işimə davam edəcəyəm. Sağlam qalın, təlimatlara əməl edin və peyvənd olun"- deyə bildirib.

Xatırladaq ki, "Omikron" variantının İsraildə getdikcə daha çox yayıldığı bir vaxtda, Baş nazir Naftali Bennett yanvarın 9-da yeni dalğada əhalinin təxminən 40 faizinin Covid-19-a tutula biləcəyini söyləyib. İsrailin xarici işlər naziri Yair Lapid də yanvarın 11-də Covid-19-a tutulduğunu açıqlayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə