Avropanın 5 ölkəsində yoluxmaların sayı 1 milyona çatıb

Mərkəzi Avropanın 5 ölkəsində gündəlik aşkarlanan koronavirusa yoluxmaların ümumi sayı 975 mini keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa və İtaliya ən çox yoluxma halı olan ölkələr olsa da, Covid-19-dan ən çox insan itkisi Böyük Britaniyada olub.

Avropada “Omikron” variantının təsiri davam edir. İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniyada yoluxma və ölüm sayının artması görülür. Bu ölkələr arasında ən çox yoluxma qeydə alınan ölkə Fransa olub. Ölkədə 24 saat ərzində 464 min 769 yoluxma aşkar edilərkən, 375 nəfər dünyasını dəyişib. İtaliyada bir gündə 228 min 179 nəfərdə Covid-19 aşkarlanıb, 434 nəfər ölüb. İngiltərədə yoluxma sayı 94 min 432 olaraq açıqlanarkən, can itkisi 438-ə çatıb. Almaniyada yoluxma sayı 95 min 98, can itkisi isə 199 olaraq açıqlanıb. Nəhayət, İspaniyada 94 min 472 hadisə aşkarlanıb, 284 nəfər həyatını itirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...