Qazaxıstanda baş verən proseslərin sonu necə olacaq? - POLİTOLOQ ŞƏRH ETDİ

"Qazaxıstanda gedən proseslər birmənalı şəkildə Rusiya tərəfindən planlaşdırılmış və Tokayevin əli ilə həyata keçirilən proseslərdir. Rusiyanın burada bir neçə marağı var. Birincisi türkdilli dövlətlərin yaradılmış təşkilatına bir mesajdır ki, yəni, mən istədiyim vaxt istədiyim dövləti qarışdıra bilirəm, mənimlə hesablaşmalısınız. İkincisi, qəribə bir mesajdır ki, baxmayaraq ki, türkdilli dövlətlərin təşkilatının başında Türkiyə durur, NATO-nun üzvüdür mən yenə də istədiyimi edə bilərəm. Üçüncüsü təhlükəsizlik müqaviləsinə girmək istəməyən ölkələrə bir mesajdır ki, bax sizdə də belə qarşıdurmalar yaradıla bilər və həmin qarşıdurmalarda sizin yanınızda, hakimiyyətin yanında biz ola bilərik və istədiyimiz şəkildə onu ayarlaya bilərik. Dördüncüsü, adam birmənalı şəkildə göstərdi ki, bunda ümumiyyətlə türk dünyasına, İslam dünyasına bir nifrət var və bu daxili nifrətini heç cür gizlədə bilmir. Amma proseslərin gedişi onu göstərir ki, Rusiya çox böyük bir yanlışlığa yol verib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, onların dünən nümayəndəsi, Amerika nümayəndəliyi yəni 7 saatdan artıq bir müddətdə hər hansı bir razılığa gəlməməsi məsələsi buna əsas verir: "ATƏT-in NATO-nun səviyyəsində aparılacaq danışıqların da Rusiyanın xeyrinə olmayacağı artıq ortadadır. Bundan başqa Rusiya özü ilə bərabər Belarusu da məhvə, uçuruma aparır və başını başlara qoşmaq istəyən Ermənistan birmənalı şəkildə mövqelərini tamamilə itirmək üzrədir. Yəni, bayaqdan hardasa Qərb onu dəstəkləyirdi, ancaq Paşinyanın yaramaz siyasəti nəticəsində Qazaxıstana KTMT-nin rəhbəri kimi təcili ordu göndərməsi, eyni zamanda bu ordunun içərisində erməni snayper olması və bunların orada qazaxları güllələməsi, heç bir xəbərdarlıq edilmədən atəşin açılması, dinc əhalinin qırılması, buna terrorist donu geyindirməyə çalışması və Rusiyanın da mediası bir növ Qazaxıstanın prezidenti olan Tokayevin mövqeləri dəstəkləməsi onu göstərir ki, bütün bu planlar Rusiya tərəfdən hazırlanıb. Amma uğursuz hazırlanmış planlardır. Çünki Qazaxıstan tək deyil".

Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Əgər analiz etsək hadisələrin gedişi onu göstərir ki, rus artıq orada qalası ola bilməyəcək. Yəni, bayaqdan Rusiya bura təməlli yerləşmək, ən azı 5 min ordu ilə gəlmək istəyirdi. İndi onun yarısı ilə gəlib, amma onun orada qala biləcək ehtimalı çox aşağıdır. Dünənki görüşdə Qırğızıstan prezidentinin iştirak etməməsi onu göstərir ki, yavaş-yavaş türkdilli dövlətlər birmənalı şəkildə Rusiyanın bu işğalçılıq siyasətinə öz etirazını bildirir".

"Putin qaş düzəltdiyi yerdə vurdu göz də çıxartdı. Yəni, SSR-nin yüzilliyinə SSR-ə oxşayan bir ittifaq dövlətini bərpa etmək həvəsinə düşdüyünə görə Rusiyanın parçalanması məsələsi gündəmə gəlib. Krımın Rusiyadan alınması məsələsi var. Rusiya ordusunun Ukraynadan, Moldovadan, Azərbaycan və Gürcüstandan çıxarılması məsələsi gündəmə gəlib. Yəni, Rusiya nə qədər eksponsiya işğalçılıq siyasəti yürütməklə məşğuldursa bir o qədər də tez dağılacaq. Yəni, bəzi dövlətlərin xüsusilə Türkiyənin bu məsələlərə belə sakit yanaşmasının arxasında Türkiyənin uzaqgörən siyasəti durur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə