Fransada mübahisəli qanun qəbul edilib

Fransa parlamenti Covid-19 peyvəndi kartı haqqında qanun layihəsini təsdiqləyib, bu da xatırlatma dozasını məcburi edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Milli Məclisdə keçirilən səsvermədə qanun layihəsi 93 əleyhinə 214 “hə” səsi ilə təsdiqlənib, 27 deputat bitərəf qalıb. Gələn həftənin əvvəlində Senatda səsə qoyulduqdan sonra Nümayəndələr Palatasına qayıdacaq qanun layihəsinin bir daha təsdiqləndikdən sonra qanuna çevrilməsi gözlənilir. Covid-19 sağlamlıq kartını peyvənd kartına çevirəcək yeni qaydaya görə, kafe, restoran, muzey, teatr və kino kimi bəzi yerlərin girişində yalnız peyvəndlərin tamamlandığını göstərən sənəd tələb olunacaq, test cavabı artıq etibarlı olmayacaq.

Peyvənd kartının etibarlı olması üçün xatırlatma dozası adlanan üçüncü dozanın tətbiqi lazımdır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə