Hollandiyalılar koronavirus qadağalarına etiraz olaraq küçələrə töküldülər

Hollandiyada minlərlə nümayişçi Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə və peyvənd tətbiqinə etiraz etmək üçün paytaxt Amsterdamdakı Muzey Meydanına toplaşıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayişlər yerli hakimiyyət orqanları tərəfindən qadağan edilsə də, minlərlə insan maska ​​və sosial məsafə qaydasına əməl etmədən küçələrə çıxıb, sarı çətir və musiqi ilə yürüş ediblər. Çevik qüvvət polisi kütləni dağıtmaq üçün dəyənəklərlə müdaxilə edib.

Hollandiyada Corona virusu epidemiyasında halların sayının artması və "Omikron" mutasiyası səbəbindən noyabr ayında tətbiq edilən 3 həftəlik qismən bağlanmanın yanvarın 14-dək uzadılmasına qərar verilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə