Yaponiya yenə yeniliklər etməyə davam edir

Mülki Aviasiya və Kosmos sahəsindəki yeniliklərə hər gün bir yenisi əlavə edilərkən, Yaponiyada yerləşən Kyoto Universiteti və Sumitomo meşəçilik şirkətindən taxta Peyk hücumu gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, layihə inkişaf qrupunun verdiyi açıqlamada dünyanın ilk taxta peykinin 2023-cü ildə kosmosa buraxılmasının hədəfləndiyi açıqlanıb. Ağacın ekoloji cəhətdən təmiz quruluşu və ucuz qiymətindən faydalanmağı hədəfləyən elm adamları, peykin istismar müddətini tamamladıqdan sonra atmosferdə yanacağına diqqət çəkərək, peykin ətraf mühitə daha az zərər verəcəyini vurğulayıblar.

Normal peyklərdə əsas material olaraq istifadə edilən alüminiumla müqayisədə çox ucuz olan ağacın elektromaqnit dalğalarını ötürdüyü üçün də üstünlük təşkil etdiyi bildirilib və layihələndiriləcək peykin xarici hissəsinin günəş batareyaları ilə örtüləcəyi öyrənilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə