Avropada yoluxma halları getdikcə artır

Covid-19-un “Omikron” variantının ortaya çıxmasından sonra görülən yoluxmaları sayında kritik artım davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə Fransa və İngiltərədə yoluxmaların artması diqqət çəkib.

Fransada son 24 saatda aşkarlanan yoluxma sayı 232 min 200, ölənlərin sayı isə 189 nəfər olaraq açıqlanıb. Bu, epidemiya başlayandan bəri ölkədə gündəlik aşkar edilən ən yüksək ölüm sayı kimi qeydə alınıb. Digər tərəfdən İngiltərədə 189 min 846 hadisə aşkar edilərkən ölkədə ölüm hallarında da artım olaraq 203 nəfərə çatıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə