"Üçüncü doz vaksin olunmalıdır" - Çin həyəcan təbili çalır

Honq Konq alimlərinin araşdırmasına görə, "Pfizer" və "Sinovac" peyvəndlərinin iki dozası "Omicron" variantına qarşı "effektiv səviyyədə" qorunma təmin etmədiyi aşkarlanıb. SİA xəbər verir ki, Honq Konq alimləri sürətlə yayılan varianta qarşı Pfizer və Sinovac vaksinlərinin üçüncü dozasının vurulması üçün insanlara müraciət ediblər.

Tədqiqat göstərir ki, iki doza Sinovac peyvəndi "Omicron" variantına qarşı adekvat müdafiə etmir. Araşdırmaya görə, bu iki vaksinin dozasının təsiri "Omicron" variantına qarşı 20-24 faiz azalıb. Araşdırmada bu iki peyvəndin iki dozasını alanların yeni varianta qarşı kifayət qədər anticisim olmadığı müəyyən edilib və fərdlər ən qısa zamanda 3-cü doza peyvəndi almağa çağırılıb.

Keçən həftə sözügedən iki şirkət peyvəndin üçüncü dozasının təsirini artırdıqlarını açıqlayıb. "Omicron"un ilk dəfə təsbit edildiyi və dünən ictimaiyyətlə paylaşıldığı Cənubi Afrikada aparılan bir araşdırmada, "Pfizer" tərəfindən istehsal edilən peyvəndin heç vaxt peyvənd olunmayanlara nisbətən 33% qoruma təmin etdiyi bildirilib.

Yenə eyni məlumatlara görə, Pfizer peyvəndləri xəstəxanaya yerləşdirilməli olan ağır xəstəliklərə qarşı 70% qorunma təmin edir. Eyni ölkədə əvvəlki araşdırma Pfizer peyvəndinin Delta variantına qarşı 93% qorunma təmin etdiyini göstərib.

2 milyard dozası bazara çıxarılan Sinovac dünyada ən çox istifadə edilən peyvəndlərdən biridir. Türkiyə ilə yanaşı Braziliya, Filippin və İndoneziya bu peyvəndi ən çox istifadə edənlər arasındadır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə