Tibbi maska ​​ilə bağlı mübahisə yarandı

Yaponiyada Fukuoka hava limanından Okinavaya gedən təyyarədə maska ​​ilə bağlı mübahisə yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, 67 yaşlı şirkət rəhbərinə maskanı düzgün taxmadığı üçün təyyarədə olan bir sərnişin tərəfindən xəbərdarlıq edilib. Maska xəbərdarlığına əsəbiləşən şəxs ona xəbərdarlıq edən qadına “Üzün koronavirusa bənzəyir” deyib.

Sərnişin, hadisəni polisə xəbər verəndən sonra Fukuoka Prokurorluğu hərəkətə keçərək ittiham aktı hazırlayıb. Noyabrın 24-də Fukuoka cinayət məhkəməsində keçirilən iclasda təhqirdə ittiham olunan təqsirləndirilən şəxsin cəza alana qədər mühakimə olunmasına qərar verilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə