Danışıqların baş tutacağına ümid edilir

Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında danışıqlar opponentlərin müqavimətinə və nəticədə emosiyalara rəğmən baş tutacaq. SİA xəbər verir ki, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev buna ümid etdiyini cümə günü "Rossiya 24" telekanalının efirində deyib.

"Görüş mütləq baş tutmalıdır, mən ürəkdən ümid edirəm ki, onun nəticələrindən sonra emosiyaların müəyyən qədər sakitləşməsi olacaq", deyə Kosaçev bildirib

O, həmçinin qeyd edib ki, “Rusiyanı küncə sıxışdırmağın mümkünlüyü, şantaj və təhdid dili ilə danışmala Rusiyanı yola gətirməyin, razı salmağın mümkünlüyü”, kimi illüziyalar artmaqdadır.

Senator vurğulayıb ki, ABŞ-da ölkələrimiz arasında münasibətlərin istənilən normallaşmasının əleyhdarları kifayət qədər çoxdur, bu, praktiki olaraq bütün Konqresdir və “bunlar ABŞ prezidenti Co Baydenin çevrəsində olan çoxlu adamlardır.

Xatırladaq ki, cümə günü Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında danışıqların tarixi hələ razılaşdırılmayıb, müxtəlif variantlar müzakirə olunur, lakin təkliflər hələlik razılaşdırılmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...