Rusiyalı elm adamları ölkədən qaçırlar…

Ölkə alimlərinin sayı son 10 ildə minimuma enib

Bu gün texnoloji “sıçrayış” iddiasında olan Rusiyada elan edilən planların əksinə olaraq, hazırda elmi kadrlarını azaldaraq, tədqiqatçı alimlərini itirməkdə davam edir. Yəni bu gün rusiyalı elm adamları “arxalarına baxmadan belə” ölkədən qaçırlar. Belə ki Rusiyanın bu sahəyə səlahiyyətli təşkilatlarından verilən məlumata görə, ötən ilin sonunda tədqiqat və inkişaf sahəsində çalışan elm adamlarının sayı daha 3,2 min nəfər azalaraq 679,3 min nəfər təşkil edib ki, bu da orta əmək qabiliyyətli əhalinin təxminən 1 faizini təşkil edir.

Reallıq, bu gün Rusiyadakı alim-tədqiqatçıların 1,7 min nəfər azaldığını göstərir.

…Və onların ümumi sayı - 346,5 min - ən azı son 10 ildə minimum olduğunu ortaya çıxarır.

Qeyd edək ki, 1991 -ci ildən bəri Rusiyada alimlərin sayı 900 mindən çox azalıb ki, bu da hər üçüncü mütəxəssisin itirilməsi deməkdir. Yəni son on il ərzində Rusiya 28,3 min tədqiqatçı-alim itirib. Beləliklə, bu illər ərzində təbiət elmləri üzrə alimlərin sayı 10, texniki sahə üzrə isə 7,7 faiz azalıb. Tibb alimlərinin sayı 13,2, kənd təsərrüfatı mütəxəssislərinin sayı 26,2 faiz azalıb.

Yeri gəlmişkən bildirək ki, Rusiyada alimlərin sayının azalması 2016 -cı ildə, Krımın ilhaqından və iqtisadi tənəzzüldən sonra hakimiyyətin elmə ayırdığı xərclərini azaltması ilə sürətlənib.

Elmdə təbiətşünasların və texniki işçilərin azalması ilə eyni vaxtda iqtisadiyyat, psixologiya, tarix və sosiologiya sahələrində humanitar mütəxəssislərin də azalması başlayıb. Belə ki, sosial elmlərdə 18,3, humanitar elmlərdə isə 4,2 faiz azalma yaşanıb.

Burada əlavə edək ki, Rusiya Prezidenti Vladimir Putin 2024 -cü ilə qədər Rusiyada elmi araşdırmalar üçün 1.63 trilyon rubl ayıracağını bilirib. Müqayisə üçün onu da deyək ki, bu ərəfədə ölkədə hüquq -mühafizə orqanlarına 2,8 trilyon, orduya isə 3,5 trilyon rubl ayrılacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...