İtaliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

İtaliyanın Milan şəhərinin cənub-şərqində kiçik təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Təyyarə "San Donato" metrostansiyasının yaxınlığında təmir edilmiş park binasına çırpılıb. Binanın qarşısında dayanan bir neçə maşın yanıb.

Qəzetin yazdığına görə, pilotu və beş sərnişini olan təyyarə Milan Linate hava limanından havaya qalxaraq Sardiniyaya doğru yola düşüb.

Hadisə nəticəsində bütün ekipaj üzvləri həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə