Əlcəzairin keçmiş prezidenti vəfat edib

1999-2019-cu illərdə Əlcəzairin prezidenti olmuş Abdelaziz Buteflika 85 yaşında dünyasını dəyişib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Cezayir” dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, o, hakimiyyətdə olduğu son illərdə ciddi sağlamlıq problemləri səbəbindən əlil arabasında hərəkət edirmiş.

Qeyd edək ki, Buteflika 1999-cu ildə keçirilən seçkilər səslərin 74 faizini toplayaraq ölkə prezidenti seçilib. O, daha üç dəfə dövlət başçısı vəzifəsini icra edib. Buteflika 2019-cu ilin fevral ayında beşinci dəfə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirdikdən sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb. Bunun fonunda seçkilərə qatılmaqdan imtina edib, lakin nümayişlər davamlı xarakter alıb. Bununla da ölkədə kəskin daxili siyasi böhrana yaranıb. Nəticədə Buteflika 2019-cu il aprelin 2-də istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə