Bill Qeyts bəşəriyyətin yeni pandemiyaya hazır olmadığını deyib

Microsoft korporasiyasının qurucusu, milyarder Bill Qeyts dünyanın hələ də yeni pandemiyaya qarşı lazımi hazırlıq göstərmədiyini söyləyib. SİA xəbər verir ki, milyarder bu bəyanatı "The Wall Street Journal"-a verdiyi müsahibədə deyib.

"Pandemiyaya hazırlığa gözlədiyimdən daha az diqqət yetirildiyindən bir az narahatam. Bəşəriyyətin 100 gün ərzində bir peyvənd hazırlaya biləcəyi və önümüzdəki 100 gün ərzində bütün dünya əhalisini peyvəndləyəcək qədər dərman istehsal edəcəyi təqdirdə pandemiyaya hazır olacağını əminliklə deyə bilərik", -deyə Qeyts qeyd edib.

Milyarderə görə, bu problemin yeganə həlli 100 gün ərzində bütün dünyaya yetəcək qədər dozada peyvənd istehsal edə biləcək fabriklərə sahib olmaqdır: "Kasıb ölkələrə peyvənd əldə etməkdə yardımçı olmaqla bərabərsizliyi aradan qaldırmaq lazımdır".

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden administrasiyası tərəfindən pandemiya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə hazırlıq üçün 65 milyard dollarlıq vəsaitin ayrılıb. Daha əvvəl Qeyts "COVID-19" virusundan on qat daha pis virusun yayılacağını proqnozlaşdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...