Fransa koronavirus səyahət məhdudiyyətləri ilə bağlı son yeniləməsində Türkiyəni narıncı siyahıdan çıxarıb və qırmızı siyahıya əlavə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Ankaradakı Səfirliyinin sosial media hesabında edilən şərhdə, Türkiyənin səyahət müraciətlərində yenidən qırmızı siyahıya salındığı ifadə edilib. Bəyanata aşağıdakı ifadələr daxil edilib: "Koronavirus epidemiyasında bəzi variantların yayılması səbəbindən 28 avqust 2021-ci il şənbə günü saat 23:59-dan etibarən Türkiyədən Fransaya gediş-gəliş tədbirləri artırılacaq. Bu tarixdən etibarən Türkiyə yenidən qırmızı bölgə olaraq təsnif edilən ölkələr arasında olacaq. Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlərlə peyvənd edilən şəxslər məhdudiyyətlərdən azad olacaq. Koronavirusa qarşı EMA tərəfindən təsdiqlənmiş peyvəndləri olmayan insanlar 48 saatdan az müddətdə mənfi PCR testi verməlidirlər. Bu insanlar Fransaya gələndə 10 günlük karantinə alınacaqlar. Karantin qaydalarının pozulması nəticəsində ən azı 1000 avro məbləğində cərimənin veriləcəyi bildirilib".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə