Ölən və yaralananlar barədə xəbər yoxdur

İl-112V hərbi nəqliyyat təyyarəsi təlim uçuşu zamanı Rusiyanın Kubinka Hava Limanına enməyə hazırlaşarkən qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarə eniş üçün hazırlaşarkən alovlanıb və meşə sahəsinə çırpılıb.

Kubinka bölgəsində təlim uçuşu həyata keçirən təyyarənin mühərrikində nasazlıq olduğu düşünülür. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə