8,600 adam yenidən Covid-19 peyvəndi almağa çağırılıb

Covid-19 peyvəndləri ilə əlaqədar nəhəng qalmaqallı bir açıqlama, korinavirusu (Covid-19) ilə mübarizəyə yavaşlamadan davam edən Almaniyadan gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada polis araşdırması nəticəsində, Almaniyanın Friesland şəhərindəki bir vaksinasiya mərkəzində Qırmızı Xaç tibb bacısının mart-aprel ayları arasında Covid-19 peyvəndi əvəzinə minlərlə insana duzlu məhlul (Şoran) vurduğu qeyd edilib.

Bundan yaşlılar ən çox riskə məruz qalıb. Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamada, peyvənd skandalından təsirlənmiş ola biləcək təxminən 8,600 adam yenidən Covid-19 peyvəndi almağa çağırılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə