Çin-Rusiya birgə təlimləri keçirilir

İki ölkə Rusiya və Çin terrorla mübarizədə birgə əməliyyat qabiliyyətini dərinləşdirməyi hədəfləyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, təlimin Çinin ABŞ-ın Əfqanıstandan çəkilməyə başladıqdan sonra ölkədə artan şiddət və qeyri-sabitliyin sərhəd bölgələrinə təsir edəcəyindən narahat olduğu bir dövrə təsadüf etməsi diqqət çəkib.

Təlimin regional və beynəlxalq sülh və sabitliyi təmin etməyi hədəflədiyini ifadə edən Çin hərbi rəsmiləri, Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığı ölkələr arasında qarşılıqlı etimadın, praqmatik əməkdaşlığın və koordinasiyanın inkişafı üçün vacib deyə bildiriblər. Xatırladaq ki, Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin Əfqanıstanla dar bir sərhəd koridoru var.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...