"Ukrayna qüvvələrinin işbirliyinə şübhə yoxdur"

"Rusiyalı jurnalisti və digər mülki şəxsləri öldürənlərin Ukrayna milli bayrağı olan forma geydikləri məlum olub. Yaxınlıqda Ukrayna Milli Qvardiyasının maşınlarının olması da təsdiqlənib. Bu səbəbdən bu cinayətdə Ukrayna qüvvələrinin işbirliyinə şübhə yoxdur",- deyə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi atəşin Ukrayna Silahlı Qüvvələrinin 79-cu Hava Mobil Briqadası tərəfindən açıldığını düşünür.

33 yaşlı foto müxbir Andrey Stenin düz yeddi il əvvəl, 6 Avqust 2014-cü ildə öz avtomobilində atəşə tutulması nəticəsində Ukraynanın şərqində ölüb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə