Tokio olimpiadasının bağlanış mərasimi start götürüb

Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb.

SİA-nın məlumatına görə, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

Bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunur. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyacaq.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 3 gümüş, 4 bürünc medal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə