Ana və iki uşağın olduğu - DƏHŞƏTLİ QƏZA

Türkiyədə axşam saatlarında qəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Arnavutköy - Çilingir yolunda meydana gəlib. SİA xarici mətbuata əsasən xəbər verir ki, Muammer Koçun rəhbərliyi altında 34 AB 646 dövlət nömrə nişanlı avtomobil, hərəkətdə olan Dolmabahçe prospektindən gələn 41 ET 838 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşmanın təsiri ilə ər-arvad və 2 uşağın olduğu avtomobil təxminən 50 metr sürüklənib. Muammer Koçun rəhbərliyi altında olan avtomobil yol kənarındakı ağaclara çırpılaraq dayana bilib.

Qəzadan sonra ətrafdakılar hamilə olduğu iddia edilən və 41 ET 838 nömrəli avtomobilə sıxışan qadının köməyinə çatıblar.. 2 uşağın yüngül yaralandığı qəzada avtomobildə sıxışan qadına xəbər verildikdən sonra qəza yerinə gələn xilasetmə qrupları onları çıxarıblar. Yüngül xəsarət alan iki uşaq təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Lamiyyə Yaqubova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə