Bu tarixdən turistlərə icazə veriləcək

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayıb ki, Turizm Nazirliyi, 2021-ci il avqustun əvvəlindən etibarən krallığın qapılarını turistlərin üzünə açmaq və turist vizası sahibləri üçün girişlərə icazə vermək qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, turist vizası sahiblərinin Covid-19 peyvəndi olması, rəsmi peyvənd sertifikatı göstərməsi və PCR testindən keçməsi şərti ilə ölkəyə karantin verilmədən girə biləcəyi bildirilib.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanı, Covid-19 tədbirləri çərçivəsində turist vizası sahiblərinin ölkəyə girişini dayandırıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə