Koronavirusun "Delta" variantının sürətli yayılması dünyada davam edir. Belə bir vəziyyətdə yeni variantların yaranması əlavə narahatlıq doğurur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunlardan biri də ilk dəfə Kolumbiyada aşkarlanan B.1.621 variantıdır. Bu varianta yoluxmalar haqqında məlumatlar artıq ABŞ-dan gəlməyə başlayıb. Mütəxəssislər ilk dəfə Kolumbiyada meydana çıxan variantın artıq ABŞ-da da geniş yayılması haqda danışıb. Kolumbiya variantı kimi də bilinən "B.1.621", ötən həftə Florida ştatındakı Miami Universitetinin patoloji laboratoriyasında araşdırılan hadisələrin təqribən 10%-də aşkar edilib.

Sözügedən variant Dünya Səhiyyə Təşkilatının (ÜST) da gündəmindədir. ÜST bu variantın "daha çox izləmə" tələb etdiyini izah edib. Variantın orijinal koronavirusdan daha yoluxucu və ya daha ciddi hadisələrə səbəb olub-olmadığı hələ bilinmir. Alimlər bu suallara cavab tapmaq üçün çalışmağa davam edirlər. Bayden rəhbərliyinin koronavirus əleyhinə koordinatoru Ceff Zients, ABŞ-da axırıncı iki həftədə hər beş hadisədən birinin Florida şəhərində özünü göstərdiyini deyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə