“TikTok” 750 min cərimə edilib

Hollandiyada Şəxsi Məlumatların Qorunması Təşkilatı (DPA), sosial media tətbiqetməsi olan "TikTok"un, ölkədəki uşaqların fərdi məlumatlarının qorunması ilə əlaqədar Holland dilində bir açıqlama vermədiyi üçün 750 min avro pul cəzası aldığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə “TikTok”un uşaq istifadəçilərinin məlumatlarını necə topladığı, işləyən və istifadə etdiyi barədə holland dilində kifayət qədər məlumat vermədiyi bildirilib. İngilis dilində paylaşılan fərdi məlumatların istifadəsinə dair mətnin uşaqlar üçün yetərli olmadığını və “TikTok”a 750 min avro inzibati cəza verildiyi ifadə edilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə