Səhiyyə Nazirliyinin məlumatlarına görə, İtaliyada son 24 saat ərzində aparılan 89 min testdə 2 min 72 nəfərə covid-19 diaqnozu qoyulub. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, dünəndən bu günə qədər ölkədə müsbət testlərin nisbəti yüzdə 2,3-ə yüksəlib.
Epidemiya 2020-ci ilin fevralında başladığından bu yana ümumi xəstəlik sayı 4 milyon 289 min 528-ə çatıb.
Ölkədə aktiv covid-19 xəstələrinin sayı 47 min 525-ə yüksəlib. İtaliyada son 24 saat ərzində virusdan ölənlərin sayı 7 nəfər artaraq 127 874 nəfərə çatıb. Sağalanların sayı 651 nəfər artaraq 4 milyon 114 min 129 nəfərə çatıb.
Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB