Daxili İşlər naziri vəzifəsindən istefa edib

Ukrayna Daxili İşlər naziri Arsen Avakov tutduğu vəzifədən istefa edib. SİA xəbər verir ki, istefasının səbəbi barədə ictimaiyyətə heçnə açıqlanmayıb. Arsen Avakovun imzaladığı istefa ərizəsi Daxili İşlər Nazirliyinin rəsmi saytında yayımlanıb. Avakov istefa məktubunda işçilərə təşəkkür edib. Avakovun vəzifəsindən ayrılması üçün istefası Məclis tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Arsen Avakov Ukraynadakı Meydan hadisələrindən sonra təyin olunub. Keçmiş prezident Petro Poroşenko və indiki prezident Vladimir Zelenski dövründə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə