Atlantik okeanında, dünyanın sahilə ən uzaq adasıdır. Adaya sadəcə dəniz yolu ilə getmək mümkündür. SİA xəbər verir ki, adaya ən yaxın yerləşən quru sahəsi Müqəddəs Yelena adası və Cənubi Afrika Respublikasıdır.

Müqəddəs Yelena adasından 2161 km, Cənubi Afrika Respublikasından 2816 km məsafədədir. Adada "Edinburg of the Seas" adlı kiçik bir kənd yerləşir. Bu kənddə təqribən 300 nəfər insan yaşayır. Adanın ümumi sahəsi 207 km²-dır. Ən hündür nöqtəsi 2055 m-dir.

Adadakı əsas məşğuliyyət sahəsi balıqçılıqdır. Adada qohum 7 ailə olduğu üçün genetik xəstəliklər yayılmışdır. Həmçinin adada supermarket, poçt, polis idarəsi, məktəb, muzey, xəstəxana, kafe qurulmuşdur. Puldan isə istifadə edilmir.

Ada Böyük Britaniyadan asılıdır və giriş üçün Böyük Britaniya vizası tələb edilir. Buraya 3 aydan bir balıqçı gəmiləri gəlir. Ada çox gözəl olsa belə Böyük Britaniya adaya vətəndaş qəbul etmir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...