"Türkiyə COVID-19 infeksiyası ilə mübarizə sınağından alnıaçıq çıxacaq" - Prezident Ərdoğan

İyunun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

SİA xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirib. Ölkənin sosial həyatında baş verənlər, o cümlədən iqtisadi tədbirlər, terrorçuluqla mübarizə, siyasi qərarlar və digər məsələlər barədə ümumi məlumat verən dövlət başçısı əminliklə qeyd edib ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sınağından alnıaçıq çıxacaq. “Xalqımızdan istəyimiz qaydalara əməl edərək infeksiya ilə mübarizəyə dəstək verməkdir”, - deyə o qeyd edib.

Pandemiya dövründə Türkiyənin ixracının azalmadığını, əksinə, bir sıra yerli məhsullara xaricdən tələbat yarandığını diqqətə çatdıran prezident deyib ki, infeksiya səbəbindən tətbiq olunan qısaldılmış iş rejiminin müddəti daha bir ay uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə