Gürcüstana getmək istəyənlərin nəzərinə

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb. SİA-nın məlumatına görə, iyunun 8-dən etibarən ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunur.

Bundan başqa, iyunun 15-dən ölkədaxili turizm, dəmir yolu ilə sərnişin daşımaları bərpa olunacaq. Beynəlxalq turizmin isə iyulun 1-dən açılması gözlənilir.

Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib.

Kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər.

Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, ötən gün Gürcüstanda 1 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Bu günədək ölkədə 810 nəfər yoluxub, 13 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə