Koronavirusdan sağalan 100 yaşlı ispaniyalı qadın

İspaniyanın yüz yaşlı sakini koronavirusdan sağalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Muxtar İcma Səhiyyə İdarəsindən məlumat verilib.

Məlumata görə, İspaniyada 100 yaşlı bir qadın koronavirus xəstəliyindən müalicə alıb. Xəstə Asturias əyalətinin Aviles şəhərindəki bir xəstəxanadan buraxılıb.
"Bu gün böyük sevinc hissi keçiririk. San Agustin de Aviles Universiteti Xəstəxanası COVID-19 diaqnozu qoyulan 100 yaşlı xəstəni sağaldıqdan sonra xəstəxanadan çıxarıb", deyə şöbə "Twitter" də məlumat yayıb.
Xatırladaq ki, İspaniyada 110 mindən çox koronavirus infeksiyası aşkarlanıb, onlardan 10 min xəstə ölüb. Asturiyada isə 1,5 minə yaxın yoluxmuş şəxs qeydə alınıb.
Son məlumatlara görə, bu günə olan məlumata əsasən dünyada 1 milyondan çox insanın bu xəstəliyə yoluxub ki, onlardan 50 mindən çox insan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə