Misir prezidentinin iqamətgahına hücum olub

Misirdə yanvarın 25-də yenidən başlanan və 60 insanın ölümü ilə nəticələnən aksiyalar davam edir. Müxalifətin iqtidarla dialoqa getmək barədə bəyanatlarına baxmayaraq küçələrdən çəkilməyən aksiyaçılar ötən gecə prezident iqamətgahına hücum edib. Binaya içi yandırıcı maddə atan qiyamçılar binanın bir hissəsini yandırmağa müvəffəq olub.

Lakin əraziyə cəlb olunan ordu və yanğınsöndürmə dəstələri fəlakətin qarşısını vaxtında ala bilib. İğtişaşların simvoluna çevrilən Təhrir meydanında da aksiyalar davam edir.

Mursi əleyhdarları iddia edir ki, Misir ingilabı məntiqi sonluqla nəticıələnməyib və buna görə də Mursi istefa verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə