SSRİ-nin dağılmasından sonra Qərbin əsas səhvi..?

Qərb dövlətləri Rusiyanın nəhayət demokratiyanı seçdiyinə çox erkən inanırdılar...
SSRİ-nin dağılmasından sonra Qərbin əsas səhvi..?

...Sovet İttifaqının dağılmasından sonra Qərb ölkələri Rusiyanı tamamilə sovetsizləşdirməməklə strateji səhvə yol verdilər.

Məhz bu, Kremlin imperiya siyasətinə qayıtmasına imkan verdi.

SİA xəbər verir ki, Polşa xarici işlər naziri Radoslav Sikorski bu fikri 12 iyulda dərc olunmuş İtaliyanın "Il Messaggero" qəzetinə verdiyi müsahibədə bildirib.

Polşa xarici işlər nazirinin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Qərb ölkələri Rusiyanın nəhayət demokratik inkişaf yolunu seçdiyinə çox erkən inanırdılar.

…Sovet İttifaqı dağılanda biz Rusiya dövlətinin ideoloji səviyyədə həqiqətən sovetsizləşdirilməsində kifayət qədər israr etmədik. Rusiyanın ilk prezidenti Boris Yeltsinin dövründə ölkə demokratiyaya doğru irəliləyirdi. Sonra Putinin dövründə həm çarizm, həm də sovet imperiya ideologiyası tədricən geri qayıtdı.

Bunu deyən polşalı nazir hesab edir ki, Kremlin aqressiv xarici siyasətinin qayıtması üçün şərait yaradan sovet ideoloji irsinin qorunması olub və onun fikrincə, bu gün qeyri-qanuni Rusiya prezidenti Vladimir Putin tərəfindən təcəssüm etdirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə