Qaraqum səhrasındakı Türkmən krateri sönə bilər...

“Cəhənnəm qapıları” bağlanırmı?

...Türkmənistandakı Darvaza qaz kraterindəki yanğın tədricən azalır.

SİA xəbər verir ki, bu barədə IFL Science The New York Times qəzetinə istinadən məlumat verib.

…“Cəhənnəm Qapıları” kimi tanınan krater 1971-ci ildə sovet alimlərinin neft axtarışı zamanı təsadüfən böyük bir təbii qaz cibinə dəyməsi nəticəsində əmələ gəlib.

Və zəhərli tullantıların qarşısını almaq üçün qazı alovlandırmaq qərarına gəliblər. Bu, yerin çökməsinə və 50 ildən çoxdur ki, fasiləsiz yanan 70,1 metr enində və 20,1 metr dərinliyində bir kraterin əmələ gəlməsinə səbəb olub.

Keçən il Türkmənistan rəsmiləri kraterdəki yanğınların azaldığını rəsmi olaraq elan ediblər.

Hökumət bu azalmanı 2024-cü ildə yeraltı su anbarından qaz vurmağa başlayan iki quyunun qazılması ilə əlaqələndirib. …Yanğınların azalması təxminən üç dəfədir , - Türkmənistan dövlət enerji şirkəti "Türkmənqaz"ın direktoru İrina Luryeva konfransda bildirib.

Dəyişikliklər müstəqil peyk məlumatlarına əsaslanaraq Britaniyanın monitorinq şirkəti Capterio tərəfindən təsdiqlənib.

Mütəxəssislər hesab edirlər ki, alovlar yeni quyular kəşf edilməzdən əvvəl də sönməyə başlayıb.

Lakin Capterio təbii amillərin bu prosesə təsir edib-etmədiyini qəti şəkildə müəyyən edə bilmir. Yanğın sönməsinə baxmayaraq, krater çoxlu miqdarda metan buraxmağa davam edir. Qeyri-kommersiya Carbon Mapper-ə görə, krater 2022-2025-ci illər arasında saatda orta hesabla təxminən 1300 kiloqram metan buraxıb.

2025-ci ilin oktyabr ayında bu rəqəm xeyli artaraq saatda 1960 kiloqrama çatıb. Yanğının tamamilə dayandırılması mənfi ekoloji nəticələrə səbəb ola bilər.

Yanma zamanı metan karbon qazına çevrilir və bu da onu daha az zərərli edir.

Əgər Darvaza yanmağı dayandırarsa, atmosferə təmiz metan buraxılacaq ki, bu da istiliyi karbon qazından 30 dəfə daha effektiv şəkildə tutur və bütün qlobal istixana qazı tullantılarının təxminən 11 faizini təşkil edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə