Almaniya Ukrayna ilə birlikdə Tomahawk-a alternativ hazırlayır..?

Bu, Rusiyaya qarşı ənənəvi çəkindirməni gücləndirəcək...

...Xristian Demokrat İttifaqının üzvü, alman müdafiə üzrə ekspert Roderix Kizevetter ABŞ-ın Almaniyada “Tomaqavk” qanadlı raketlərini yerləşdirməkdən imtina etməsini tənqid edib və Ukrayna və Avropa tərəfdaşları ilə birgə alternativ uzunmənzilli sistemlərin hazırlanmasına çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikirləri Tagesschau ondan sitat gətirib.

Onun sözlərinə görə, Amerika raketlərinin yerləşdirilməsindən imtina "ciddi səhvdir", çünki bu, Rusiyadan gələn təhdid qarşısında Qərbin müdafiə qabiliyyətini zəiflədir.

Siyasətçi vurğulayıb ki, Rusiya artıq ortamənzilli raketlər üzrə beynəlxalq müqavilələri pozub, buna görə də Avropa öz və ya birgə hazırlanmış silahlarını inkişaf etdirməklə cavab verməlidir.

Kizevetter hesab edir ki, təxminən 2030-cu ilə qədər Ukrayna ilə birgə yeni sistemlər hazırlana bilər ki, bu da Rusiyaya qarşı ənənəvi çəkindirməni gücləndirəcək.

Təhlükəsizlik üzrə ekspert Niko Lange də oxşar mövqe ifadə edib. O bildirib ki, Amerika raketlərinin olmaması halında Avropanın çəkindirməni təmin edə biləcək "ABŞ-dan asılı olmayan uzunmənzilli sistemlərə" ehtiyacı var.

O, əks halda Rusiyanın Avropaya təzyiq göstərmək üçün istifadə edə biləcəyi "müdafiə boşluğu" ola biləcəyi barədə xəbərdarlıq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə