Ruslar “pis” Tramp haqqında dronlardan vərəqələr atırlar...

Axmaqlıq, yoxsa qəsdən təbliğat təxribatı?

...Bu gün Ukraynaya qarşı həyata keçirilən kütləvi pilotsuz təyyarə hücumu zamanı Rusiya qoşunları təbliğat vərəqələri atıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna müdafiə nazirinin müşaviri Sergey “Fleş” Beskrestnovun Telegram paylaşımına istinadən məlumat yayıb.

...Gerberalar (Rusiya pilotsuz təyyarəsi - A.B.) yenə vərəqələr paylayırlar. Allaha şükür ki, düşmənin təbliğatçıları o qədər “axmaqdırlar” ki, belə cəfəngiyat yayırlar.
Beskrestnov yazıb bunu...

Dərc olunmuş fotoya əsasən, açıqcada ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımın guya keçmişdə qaldığını elan etdiyi təsvir olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə