...Bu gün Ukraynaya qarşı həyata keçirilən kütləvi pilotsuz təyyarə hücumu zamanı Rusiya qoşunları təbliğat vərəqələri atıblar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna müdafiə nazirinin müşaviri Sergey “Fleş” Beskrestnovun Telegram paylaşımına istinadən məlumat yayıb.
...Gerberalar (Rusiya pilotsuz təyyarəsi - A.B.) yenə vərəqələr paylayırlar. Allaha şükür ki, düşmənin təbliğatçıları o qədər “axmaqdırlar” ki, belə cəfəngiyat yayırlar.
Beskrestnov yazıb bunu...
Dərc olunmuş fotoya əsasən, açıqcada ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımın guya keçmişdə qaldığını elan etdiyi təsvir olunub.
Əli Babayev