Tarixən Latın Amerikası ABŞ-dan nəinki xoşlanmır, həm də ona nifrət edir...

Trampın Venesueladakı əməliyyatından sonra ABŞ-Latın Amerikası münasibətləri proqnozlaşdırılır...

...ABŞ Prezidenti Donald Trampın Venesueladakı əməliyyatından sonra Vaşinqton və Latın Amerikası arasında münasibətlərin pisləşəcəyini Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı və Amerika tədqiqatları üzrə ixtisaslaşmış politoloq Konstantin Bloxin proqnozlaşdırıb.

SİA-nın məlumatına görə, o, bu açıqlamanı Lenta.ru-ya verdiyi müsahibədə verib.

...Bu, yalnız ABŞ və Latın Amerikası arasındakı münasibətləri pisləşdirəcək. Tarixən Latın Amerikası Amerikadan nəinki xoşlanmır, həm də nifrət edir. Çünki ABŞ Latın Amerikasını özünün "həyət bağı" adlandırır və orada müxtəlif təcrübələr aparır. Aydındır ki, orada ABŞ-a qarşı nifrət artıq böyükdür və bu, onu daha da şiddətləndirir.

Bunu Bloxin proqnozlaşdırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə