Lavrov Trampın nüvə sınaqlarını bərpa etmək qərarından narahatdır...

Moskva izahat almadı...

...Moskva ABŞ prezidenti Donald Trampın ABŞ-ın nüvə sınaqlarını bərpa etməsi ilə bağlı açıqlamasına hələlik izahat almadığını bildirib.

SİA xəbər verir ki, "Avropa Pravda"sının məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun şərhi TASS-a istinadən verilib.

Lavrov bildirib ki, Moskva hələlik ABŞ-dan diplomatik kanallar vasitəsilə Trampın nüvə sınaqlarını bərpa etmək barədə danışarkən nəyi nəzərdə tutduğuna dair heç bir izahat almayıb.

...Bunun nüvə silahı daşıyıcılarının sınaqdan keçirilməsinə, yoxsa sözdə subkritik sınaqların keçirilməsinə aid olub-olmadığı məlum deyil. Yoxsa Donald Trampın həqiqətən də Vaşinqtonun tammiqyaslı nüvə sınaqlarını bərpa etmək niyyətindən danışıb-danışmadığı məlum deyil.

Bunu Sergey Lavrov deyib və əlavə edib ki, “...Vaşinqton nümayəndələrinin ictimaiyyətə açıqlanan şərhləri, ABŞ prezidentinin nəyi nəzərdə tutduğunu ümumi şəkildə anlamadıqlarını göstərir.”

Xatırladaq ki, Donald Tramp Rusiya liderinin "Burevestnik" nüvə enerjisi ilə işləyən qanadlı raketinin sınaqdan keçirilməsi barədə açıqlamasından sonra Pentaqona dərhal nüvə silahı sınaqlarını bərpa etməyi əmr edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə