Maduro Nobel qazanan Maçadonu cadugər adlandırıb

Venesuela prezidenti Nikolas Maduro müxalif siyasətçi, Nobel Sülh Mükafatı laureatı Mariya Korino Maçadonu təhqir edib. SİA xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

Maduro Maçadonu kəskin tənqid edərək onu şeytani cadugər adlandırıb.

Mariya Korina Maçado bu il Nobel Sülh mükafatını demokratik dəyişikliklər uğrunda apardığı mübarizəyə görə alıb. O, Venesuelada azadlıq və insan haqları naminə fəaliyyətinə görə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Oktyabrın 12-də Maçado bildirib ki, ABŞ prezidenti Donald Tramp 2026-cı il Nobel Sülh Mükafatını almalıdır. O qeyd edib ki, Amerika lideri vəzifədə olduğu cəmi doqquz ay ərzində bir çox münaqişələri həll edib və qarşısını alıb. O, əlavə edib ki, diqqəti Yaxın Şərqdə sülhə yönəltmək xüsusilə vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə