...Qocalıqları belə onlara heç bir maneə yaratmadı: Belarusun Mogilev vilayətindən olan iki təqaüdçünün silah və sursat saxladığı aşkarlanıb.
SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərin onları qanunsuz olaraq satdıqları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları 68 yaşlı kişinin “Makarov” markalı tapançanı qanunsuz olaraq tanışına satdığını müəyyən ediblər.
Bundan başqa, araşdırma zamanı onun 71 yaşlı həmyerlisinin də qanunsuz olaraq odlu silah saxlamaq və satmaqla məşğul olduğu müəyyən edilib.
Saxlanılan şəxslərin üzərində axtarışlar zamanı 6 tapança, bir revolver, bir avtomat, bir əl qumbarası, bir trotil bloku, silah komponentləri və 800-dən çox patron aşkar edilib.
Müsadirə olunan bütün əşyalar üzrə məhkəmə-tibbi ekspertizalar təyin edilib və saxlanılan şəxslərin əməllərinə hüquqi qiymət veriləcək.
Müstəntiqlər odlu silah, döyüş sursatı və partlayıcı qurğuların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açıb. Belarusda belə cinayətlər 12 ilə qədər həbs cəzası ala bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə