...Krasnoyarsk diyarında miqrant uşaqları iki kateqoriyaya bölmək təklifi irəli sürülüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lenta Novostey Krasnoyarsk xəbər verir ki, bu təşəbbüs regional uşaq ombudsmanı Olqa Miroşnikova tərəfindən irəli sürülüb. Regional Qanunvericilik Assambleyasında müzakirəyə səbəb əcnəbi uşaqların üçdə birinin rus dili imtahanından keçə bilməməsinin nəticələri olub.
Bununla bağlı ombudsman miqrant uşaqları repatriant uşaqlardan ayırmağı təklif edib.
Bu ayrılmanın meyarları dəqiqləşdirilməyib.
Onlardan biri valideynlərin milliyyəti ola bilər.
Nəşr qeyd edir ki, Qanunvericilik Assambleyasının bəzi deputatları təşəbbüsü dəstəkləməyib, onu seqreqasiya adlandırıblar.
Miqrant uşaqlar üçün rus məktəblərinə daxil olmamışdan əvvəl sınaq imtahanı 2025-ci ildə tətbiq edilib.
İlk nəticələr yazda açıqlanıb – o zaman Sankt-Peterburqda imtahana buraxılmış bir dənə də olsun əcnəbi uşaq testdən keçə bilməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə