Hadisə sentyabrın 9-da səhər saatlarında baş verib...
Vilnüs hava limanı səmada naməlum uçan obyekt (UFO) səbəbindən fəaliyyətini dayandırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə yerli böhran idarəetmə mərkəzinə istinadən yerli TV3 telekanalı məlumat yayıb.
Sentyabrın 9-da səhər saatlarında UFO-nun Avropanın böyük hava limanının fəaliyyətini müvəqqəti olaraq iflic etdiyi dəqiqləşdirilib.
Onun hansı obyekt olduğu açıqlanmayıb. İlkin məlumatlara görə, bu, meteoroloji hadisə ilə səhv salına bilərdi, lakin araşdırma aparılacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə