...Üç illik müharibədən sonra ilk dəfə 2025-ci ildə başlayan Rusiya-Çin ticarətində azalma sürətlənməyə davam edir.
SİA-nın məlumatına görə, Reuters Çin gömrük məlumatlarına istinadən xəbər verir ki, avqustun nəticələrinə görə, Çinin Rusiyadan mal alışı illik müqayisədə 17,8 faiz azalıb.
Rusiya bazarına da Çin mallarının tədarükü illik müqayisədə 16,4 faiz azalıb –yəni iyulda 8,6 faiz azalma olduğu zamandan iki dəfə çox...
Bu ilin ilk 8 ayı üzrə ümumi nəticə ondan ibarətdir ki, Rusiya-Çin ticarət dövriyyəsi təxminən 9 faiz azalaraq 1,03 trilyon yuana və ya 145 milyard dollara düşüb.
Rusiyanın Çinə ixracı 8,8 faiz, Çinin Rusiyaya ixracı isə 8,2 faiz azalıb.
Çin gömrüyünün təfərrüatlı məlumatları (8 ay ərzində onlar hələ mövcud deyil) göstərir ki, Çin demək olar ki, bütün növ Rusiya xammalının alışını azaldıb, Qaydar İnstitutunun mütəxəssisləri yazırdılar: neft - 11, neft məhsulları - 28, LNG - 13, ağac və kömür – 10 faiz (yanvar-may ayları üçün)...
Yeri gəlmişkən, Rusiyanın əsas ticarət tərəfdaşı ilə dövriyyənin azalması Kremldə narahatlıq yaradıb.
Reuters-un hökumətə yaxın həmsöhbətlərindən biri “Çin özünü müttəfiq kimi aparmır”,- deyə şikayət edib.
...Bəzən bizi ruhdan salır və ödənişləri dayandırır, bəzən bizdən qazanc əldə edir, bəzən isə sadəcə bizi soyur. Bunda heç bir müttəfiqlik yoxdur..
Reuters mənbələrinin məlumatına görə, Çinin Rusiya xammalının alışını artırması Vladimir Putinin sentyabrın 3-dən 6-dək baş tutan səfərinin əsas mövzularından biri olub.
Ancaq Rusiya prezidenti yeni böyük sövdələşmələrə nail ola bilməyib. Putin 2031-ci ildən mövcud boru kəmərləri (Sibirin Gücü və Uzaq Şərq marşrutu) vasitəsilə Çinə qaz tədarükünü artırmağa razılaşıb.
Bununla belə, yeni müqavilələrin həcmi-illik 8 milyard kubmetr -Rusiyada qaz hasilatının cəmi 1,1 faizini və Qazprom-un Avropa İttifaqına əvvəlki ixracının 4 faizini (ildə 200 milyard kubmetr) təşkil edir.
“Rosneft”in ildə 2,5 milyon ton neftlə bağlı yeni müqaviləsi Rusiyada hasilatın cəmi 0,4 faizini, ixracın isə 1 faizdən azını təşkil edir.
Bundan əlavə, “Qazprom” çoxdan gözlənilən “Sibirin Gücü 2” boru kəmərinin tikintisi ilə bağlı “hüquqi qüvvəyə malik memorandum”un imzalandığını elan edib. Lakin nə Çin hakimiyyəti, nə də Qazprom qazının alıcısı olan CNPC dövlət korporasiyası onun açıqlamalarını təsdiqləməyib.
Avqust ayında sənaye və ticarət naziri Anton Əlixanov şikayət edib ki, Çinlə ticarətin azalması həm də sanksiyalarla bağlıdır.
Onun sözlərinə görə, “kənardan gələn iqtisadi təzyiq”, bazar dəyişkənliyi və “həm Rusiyada, həm də Çində daxili iqtisadi proseslər” də öz təsirini göstərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə