...Xüsusilə Arktikada buzlaqların əriməsi qlobal istiləşmənin ən qorxulu təzahürlərindən birinə çevrilib. Bununla belə, alimlər son vaxtlar ərimə sürətinin yavaşladığını qeyd ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Washington Post yazır.
Alimlərin fikrincə, son illərdə Arktika dəniz buzları 1979-cu ildə qeydə alınandan bəri ümumi sürətdən ən azı iki dəfə yavaş kiçilir.
Alimlərin fikrincə, bu, uzunmüddətli tendensiya deyil, daha çox iqlim dövrünün təzahürüdür.
Arktika buzlaqları ilə bağlı vəziyyəti modelləşdirən tədqiqatın aparıcı müəllifi Mark İnqlend hesab edir ki, son illərdə planetin təbii dövrləri ahəngləşərək Arktika ətrafında daha soyuq sular yaradıb.
…Bu, nadir hadisə deyil. Bu, iqlim sistemi inkişaf etdikcə gözlənilən bir şeydir, - İnqlend bildirib.
Komanda hesab edir ki, buzlaqların əriməsində indiki yavaşlama daha beş il (50 faiz ehtimal) və ya 10 il (25 faia ehtimal) davam edəcək.
Alimlər qeyd edirlər ki, bunu qlobal istiləşmənin ümumi tendensiyası kimi qəbul etmək olmaz. Çoxsaylı göstəricilər planetin istiləşməsinin davam etdiyini göstərir. Əgər belə olmasaydı, Arktika buzlaqlarının əriməsini yavaşlatmaq əvəzinə, kütləsi artacaqdı.
…Qlobal temperaturlara baxsanız, onlar, şübhəsiz ki, yavaşlamırlar. İndi müzakirə olunur ki, onların sürətlənib-sürətlənmir, - İnqlend deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə