Belarus yeni iş saatı formasını tətbiq etməklə əmək qanunvericiliyinə dəyişiklik etməyi planlaşdırır.
SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu barədə Belarus Həmkarlar İttifaqları Federasiyası məlumat yayıb. Bundan əvvəl ölkədə əmək münasibətlərinə ciddi təsir göstərə biləcək təkliflər barədə məlum olub.
Yeni təşəbbüslərə uyğun olaraq, işçilər öz-özünə tənzimlənən iş vaxtı rejimində işləyə biləcəklər.
Bu isə o deməkdir ki, işəgötürənlə razılaşaraq, işlərinin vaxtını və həcmini özləri müəyyən edə biləcəklər.
Eyni zamanda, işəgötürən tapşırıq vermək məcburiyyətində olmayacaq, lakin ehtiyaclarından asılı olaraq onları təklif edə biləcək.
Gözlənilir ki, təklif olunan yenilik əmək münasibətlərinin daha çevik qurulmasına və işəgötürənlərin müəyyən vəzifələrinin həllinə imkan verəcək.
...Eyni zamanda, əmək münasibətlərinin qeyri-sabitliyi, bir sıra əmək zəmanətlərinin olmaması, əməyin mühafizəsi baxımından işçilər üçün müəyyən risklər var, - deyə Milli Həmkarlar İttifaqı Mərkəzinin mətbuat xidmətindən bildirilib.
...Və əlavə etdilər ki, məsələ hələ də əlavə müzakirə tələb edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə