Kaluqadakı keçmiş Mitsubishi zavodu işə qəbul elan edir...

Haval M6 və Citroёn C5 modellərini yığan "Automobile Technologies" şirkəti istehsal gücünü artırmaq niyyətini açıqlayıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, müəssisənin nümayəndələrinin sözlərinə görə, hazırda “Avtomobil Texnologiyaları” kimi tanınan və Kaluqada yerləşən keçmiş PSMA Rus zavodu öz işçilərini min mütəxəssislə genişləndirməyi planlaşdırır.

Avtomobil zavodunun rəhbərliyi də istehsalın həcmini artırmaq istəyini açıqlayıb. Əvvəllər zavod "PSMA Rus" şirkətinə məxsus idi və Citroёn, Peugeot, Opel və Mitsubishi markalı avtomobillərin istehsalı ilə məşğul olurdu.

Hazırda burada tam dövriyyəli yığılması 2025-ci ilin iyulunda başlayan Çin krossoveri Haval M6 ilə yanaşı, Çindən gətirilən komponentlərdən fransız Citroёn C5 Aircross krossoveri də istehsal olunur.

Bu gün şirkətdə min nəfərdən çox işçi çalışır.

2025-ci ilin əvvəlindən 13,5 min avtomobil konveyerdən çıxıb.

Daha əvvəl Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa 2025-ci ilin sonunadək "Avtomobil Texnologiyaları"nın planlaşdırılan istehsal həcmini 25 min ədəd təşkil etdiyini açıqlamışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə