Banqkok bazarında silahlı hücum olub - Ən azı 6 ölü

Tailandın paytaxtı Banqkokda bazarda baş verən atışma nəticəsində azı 6 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla bazar ertəsi səhər saatlarında kənd təsərrüfatı məhsulları və yerli ərzaqların satıldığı "Or To Ko" adlı bazarda baş verib.

Böyükşəhər Polis Bürosunun rəis müavini Çarin Gopatta hücumçunun daha sonra intihar etdiyini açıqlayıb. Eravan Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir qadın var. Hadisə ilə bağlı araşdırma başlansa da, hücumun motivi və təcavüzkarın kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə